Akrobatlarımızdan Pavlodarda uğur
29 iyun 2016 15:00

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər. Azerisport.az xəbər verir ki, gimnastlarımız Qazaxıstanın Pavlodar şəhərində 25-27 iyun tarixlərində keçirilən “İrtışskiye Zorı” adlı beynəlxalq turnirdə akrobatika gimnastikası üzrə yarışlarda uğurla çıxış etdilər.
12-18 yaş qrupunda çıxış edən qarışıq cütlük Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı rəqibləri arasında ən yaxşı nəticəni göstərərək, fəxri kürsünün ilk pilləsinə yüksəldi.
Azərbaycanın digər qarışıq cütlüyü, 13-19 yaş kateqoriyasında yarışan Nurcan Cabbarlı və Ağasif Rəhimov isə 2-ci yerdə qərarlaşdılar.
Böyüklər arasında çıxış edən kişi cütlüyü Seymur Cəfərov və Murad Əkpərov da bu yarışlarda 2-ci yerlə kifayətləndilər.