Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu
26 sentyabr 2016 18:30
Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib. Azerisport.az xəbər verir ki, böyüklər proqramı üzrə bu ildən çıxış edən Jalə Piriyeva Azərbaycanı bu yarışda uğurla təmsil edərək, top və lentlə hərəkətlərdə finala vəsiqə qazanıb.
Finalda Jalə topla 5-ci, lentlə hərəkətlərdə isə 6-cı yerdə qərarlaşıb.