Silahlı qüvvələr günündə himnimiz Portuqaliyada səsləndi
27 iyun 2016 13:00

26 iyunda - Azərbaycanda Silahlı Qüvvələr günü qeyd olunduğu zaman ölkəmizin himni Portuqaliyanın Anadiya şəhərində səslənib. Azerisport.az xəbər verir ki, Azərbaycanı Rio-2016 Olimpiya Oyunlarında təmsil edəcək Oleq Stepko 23-26 iyun tarixlərində keçirilmiş “Challenge” seriyasına aid idman gimnastikası üzrə FIG Dünya Kubokunda sevimli aləti olan paralel qollarda qızıl medala layiq görülüb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal toplayıb.
Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn Oleq hər iki alətdə 7-ci nəticəni göstərib.
Oleq ilə birgə paralel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci yeri tutub.