"Dünya kubokunda istədiyim kimi çıxış etmədim"
7 mart 2016 15:00
Batut gimnastikası üzrə Dünya Kuboku yarışlarında finalında çıxış edən Svetlana Makştarova çıxışı barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dünya Kubokunda çıxış etməklə böyük təcrübə topladım. Medal qazanmaq arzusundaydım, amma alınmadı. Təəssüf ki, mükafatçılar sırasına düşə bilmədik. Çox yaxşı hazırlıq keçmişdim. Sözsüz ki, istədiyim kimi çıxış etmədim. Daha yaxşı çıxış etsəydim, medal qazanardım. Qarşıda bizi vacib yarışlar gözləyir. Qələbələrimiz irəlidədir. Batut gimnastikası son bir neçə il ərzində inkişaf etməyə başlayıb. Mənə dəstək olan azarkeşlərə təşəkkür etmək istərdim. Komandamıza yüksək səviyyədə dəstək oldular".