Yeni mövsümün akrobatika üzrə ilk turnirindən qızıl və bürünc medal
15 fevral 2016 11:00
Ötən həftə sonu Belçikanın Purs (Antverpen) şəhərində akrobatika gimnastikası üzrə ilin ilk dünya kuboku keçirilib. Azerisport.az xəbər verir ki, Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu finala vəsiqə qazanaraq nəticədə 5-ci yerdə qərarlaşıb.
Paralel olaraq keçirilən, “Flanders International Acro Cup” adlı beynəlxalq turnirdə isə qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı 1-ci yerə layiq görülüb. Beynəlxalq arenada debüt edən, Abdulla Əl–Məşayxi və Ruhidil Qurbanlıdan ibarət ölkənin ikinci dueti isə yalnız Avstraliyadan olan cütlüyü önə buraxaraq, 3-cü yerdə qərarlaşıb.