Fotoreportaj|Video|На русском

Şahmat

Zurab Azmayparaşvili: Fəxr edirəm ki, Bakıda belə bir olimpiada keçirilir

5 sentyabr 2016 18:40

42-ci Ümumdünya Şahmat Olimpiadasını canlı izləyən Avropa Şahmat İttifaqının prezidenti, milli komandamızın keçmiş kapitanı Zurab Azmayparaşvili jurnalistlər üçün brifinq keçirib. Azerisport.az Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadla Zurab Azmayparaşvilinin müsahibəsini təqdim edir:

- 42-ci Ümumdünya Şahmat Olimpiadasında artıq 3 tur geridə qalıb. Turnirin təşkilatçılığını necə dəyərləndirərdiz?
- Bu, iştirak etdiyim sayca 13-cü şahmat olimpiadasıdır. Fərqli statuslarda - oyunçu, FİDE-nin vitse-prezidenti, Gürcüstan Şahmat Federasiyasının rəsmisi kimi olimpiadalarda iştirak etmişəm. Avropa Şahmat İttifaqının prezidenti kimi isə ilk dəfədir ki, olimpiadaya qatılıram. Çox şadam ki, bu yarış Bakıda, bizə doğma olan məkanda keçirilir. Bizim ölkələrimiz arasında çox sıx əlaqələr mövcuddur. Təkcə qonşuluqdan söhbət getmir. Mənim Azərbaycanla bağlı xoş xatirələrim var. Komandanın kapitanı olduğum vaxt Azərbaycan millisi 2009-cu ildə ilk dəfə Avropa çempionu oldu. Təəssüf ki, eyni uğuru dünya çempionatında təkrarlaya bilmədik.

Azərbaycanda şahmata olan diqqət məni daim heyran edib. Məhz dövlət dəstəyi sayəsində Azərbaycan şahmatı hazırda bu səviyyyə çatıb. Olimpiadaya ev sahibliyi etmək asan deyil. Ümumi götürsək, şahmat olimpiadası nüfuzuna görə üçüncü vacib idman hadisəsi hesab olunur.

Təşkilatçılıq barədə ancaq müsbət fikirlər səsləndirmək olar. Əmin idim ki, Bakı Şahmat Olimpiadası tarixə düşəcək. Azərbaycanın ev sahbliyi etdiyi olimpiada bu günə qədər baş tutan yarışlar arasında ən yaxşılardan biri yox, ən yaxşısıdır. Burada gördüklərim gözlədiklərimdən də çox oldu.

Bildiyiniz kimi, növbəti olimpiada Gürcüstanda olacaq. Azərbaycanın təcrübəsindən yararlanmaq üçün bura komanda göndərmişdim. Onlar da gördüklərindən heyran olublar. Hətta Azərbaycandakı olimpiadadan sonra belə yüksək səviyyəli yarış keçirməyin mümkünsüzlüyünü qeyd edirlər. Azərbaycanın yüksək təşkilatçılığı mənim üçün başağrısı olacaq. Lakin bu, xoş haldır. Fəxr edirəm ki, Bakıda belə bir olimpiada keçirilir.

- İlk 3 tur ərzində hansı nəticə sizin üçün sürpriz olub?
- Hələ ki, yalnız Gürcüstan millisi məni təəcübləndirib. Qadınlardan ibarət yığmamız ikinci turda gözlənilmədən Filippinə uduzdu. Olimpiada uzun marafondur. Hələ 8 tur var və bir çox maraqlı nəticələr qeydə alına bilər.

- Azərbaycan şahmatçılarının çıxışını necə dəyərləndirə bilərsiz?
- Azərbaycanda əsas diqqət kişilərdən ibarət əsas yığmaya yönəldilib. Komandanın çıxışı hələ ki yaxşıdır. Dünən Macarıstanla görüşdə xal itirmək ehtimalı var idi. Amma sona qədər mübarizə aparıb 3:1 hesablı qələbə qazandılar.

- Sizin vaxtınızdakı Azərbaycan millisi ilə indiki komandanı müqayisə etmək olar?
- Həmin vaxt komanda gənc idi. Hazırda şahmatçılar xeyli təcrübə toplayıblar. Qələbənin sevincini, məğlubiyyətin acısını bilirlər. Komandada hazırda motivasiya yüksəkdir. Doğma divarlar arasında Azərbaycan yığması maksimum nəticə göstərməyə çalışır.

- Olimpiadadan öncə Azərbaycan və Gürcüstan yığmalarının birgə toplanışı oldu. Bu barədə də fikirləriniz maraqlıdır.
- Qəbələdə əla şəraitdə çox yaxşı hazırlıq alındı. Yoldaşlıq görüşləri Azərbaycan yığmasının qələbəsi ilə tamamlandı. Amma mən 57:43 hesabını gözləmirdim. Düşünürdüm ki, Azərbaycan millisi daha böyükhesablı qələbə qazanacaq. Görünür, Teymur Rəcəbovun hazırlıqda tam iştirak etməməsi nəticəyə təsirini göstərib.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah