Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə
11 sentyabr 2016 14:00
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib. Azerisport.az xidməti xəbər verir ki, kişilərdən ibarət əsas milli komandamız sentyabrın 11-də Rusiya ilə görüşəcək. İkinci yığmamız Vyetnamı, üçüncü komandamız isə Hondurası sınağa çəkəcək.
Favoritlərdən Ukrayna Hindistanla, ABŞ - Norveçlə, İngiltərə İranla, Hollandiya Çexiyayla, Çin Farer adaları ilə üz-üzə gələcək.
9-cu turda qadınlardan ibarət əsas millimizin rəqibi Ukrayna olacaq. İkinci komandamız Fransa ilə, üçüncü yığmamız isə Əlcəzairlə görüşəcək.
Liderlərdən Çin ABŞ-la, Rusiya Vyetnamla, Polşa İsraillə, Hindistan Hollandiyayla, Gürcüstan Türkmənistanla qarşılaşacaq.