Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı
12 sentyabr 2016 00:05
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, sentyabrın 11-də kişilərdən ibarət əsas millimiz İngiltərə ilə qarşılaşacaq. İkinci komandamız Serbiyanı, üçüncü yığmamız isə Yaponiyanı sınağa çəkəcək.
Favoritlərdən ABŞ Gürcüstanla, Ukrayna Çexiyayla, Rusiya Hindistanla, Çin Belarusla üz-üzə gələcək.
Qadınlardan ibarət əsas millimizin rəqibi Kolumbiya olacaq. İkinci yığmamız İsveçrə ilə, üçüncü komandamız isə Belarusla görüşəcək.
Liderlər qrupunda Polşa - Çin, Hindistan - Ukrayna, Rusiya - Gürcüstan, ABŞ - Monqolustan, Macarıstan - Fransa görüşləri baş tutacaq.