Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı
Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, kişilərin mübarizəsində əsas millimiz Rusiyaya, ikinci yığmamız isə Vyetnama uduzub. Üçüncü yığmamız Hondurasa qalib gəlib.
Favoritlərdən Ukrayna Hindistanı, ABŞ Norveçi, Gürcüstan Macarıstanı, Çexiya Hollandiyanı, Çin Farer adalarını məğlub edib.
9 turdan sonra hesabında 13 xal olan əsas millimiz 8-ci pillədə qərarlaşıb. İkinci yığmamız 11 xalla 33-cü, üçüncü komandamız isə 10 xalla 71-ci yeri tutur.
Turnir cədvəlinə 16 xalla ABŞ və Ukrayna başçılıq edir. Rusiya 15 xalla üçüncü yeri tutur. 14 xala malik komandalardan Gürcüstan 4-cü, Çexiya 5-ci, Hindistan isə 6-cıdır.
9-cu turda qadınlardan ibarət komandalarımız üçün də uğursuz alınıb. Əsas yığmamız Ukraynaya, ikinci komandamız Fransaya uduzub. Yalnız üçüncü yığmamız Əlcəzairlə heç-heçə edib.
Favoritlərdən Çin ABŞ-ı, Polşa İsraili, Rusiya Vyetnamı, Hindistan Hollandiyanı, Gürcüstan Türkmənistanı məğlub edib.
9 turdan sonra hesabında 12 xal olan əsas yığmamız turnir cədvəlində 19-cu yeri tutur. İkinci komandamız 11 xalla 27-ci, üçüncü millimiz isə 33-cü pillədə qərarlaşıb.
Çin millisi 16 xalla vahid liderdir. 15 xala malik Polşa ikinci yerdə qərarlaşıb. 14 xal toplayan kollektivlərdən Ukrayna üçüncü, Rusiya dördüncü, Hindistan beşinci, ABŞ isə altıncı pillədədir.
9-cu tur
Kişilər
Azərbaycan-1 - Rusiya - 1:3
Şəhriyar Məmmədyarov - Sergey Karyakin - 0,5:0,5
Teymur Rəcəbov - Vladimir Kramnik - 0:1
Rauf Məmmədov - Yevgeni Tomaşevski 0,5:0,5
Arkadi Naydiç - Aleksandr Qrişuk - 0:1
Vyetnam - Azərbaycan-2 - 2,5:1,5
Le Kuanq Lyem - Vasif Durarbəyli - 1:0
Nqok Nquen - Nicat Abbasov - 0,5:0,5
Anx Nquen - Qədir Hüseynov - 0,5:0,5
Tien Dao - Namiq Quliyev - 0,5:0,5
Honduras - Azərbaycan-3 - 1:3
Xose Antonio Quillen - Vüqar Əsədli - 0,5:0,5
Daniel Kolindres - Nail Bəşirli - 0:1
Naxun QAvarrete - Abdulla Qədimbəyli - 0,5:0,5
Serxio Xuqua - Pərviz Qasımov - 0:1
Qadınlar
Ukrayna - Azərbaycan-1 - 3,5:0,5
Anna Muzıçuk - Zenəb Məmmədyarova - 1:0
Mariya Muzıçuk - Günay Məmmədzadə - 1:0
Anna Uşenina - Gülnar Məmmədova - 0,5:0,5
İnna Qaponneko - Aydan Höccətova - 1:0
Fransa - Azərbaycan-2 - 3:1
Sofi Mille - Türkan Məmmədyarova - 1:0
Silviya Kollas - Nərmin Xələfova - 0,5:0,5
Nino Maysuradze - Ülviyyə Fətəliyeva - 0,5:0,5
Andrea-Kristina Navrotesku - Nərgiz Umudova - 1:0
Əlcəzair - Azərbaycan-3 - 2:2
Səbinə Latreçe - Nərmin Məmmədova - 0,5:0,5
Əminə Meizud - Xanım Balacayeva - 0:1
Zineb Abdi - Gövhər Beydullayeva - 0,5:0,5
Həyat Toubal - Aynur Kətanova - 0:1