Fotoreportaj|Video|На русском

Şahmat

Nərmin Kazımova: Çıxışımızın bu dərəcədə yaxşı alınacağını gözləmirdik

9 sentyabr 2016 22:15

42-cü Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət əsas millimizin heyətində mübarizə aparan Nərmin Kazımova olimpiadanın mətbuat xidmətinə müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Olimpiadadakı çıxışını necə dəyərləndirərdiz?
- Yarışdan öncə uğurlu çıxış edəcəyimizə inamımız böyük idi. Lakin çıxışımızın bu dərəcədə yaxşı alınacağını gözləmirdik. Hələ uduzmamışıq. Yalnız 2 dəfə heç-heçə etmişik ki, həmin görüşlərdə də qələbə qazana bilərdik. Müəyyən qədər şanssızlıq yaşadıq. Halbuki çox rahatlıqla maksimum xal toplamaq mümkün idi. Qarşıda hələ 4 tur var. Medal qazanmaq şansımız xeyli artıb.

- Ardıcıl güclü rəqiblərlə qarşılaşmaq yorğunlağa səbəb olmur?
- Əlbəttə, yoruluruq. Amma istirahət də edirik. Kim yorulursa, növbəti turda iştirak etmir. Əsas olan komandanın yaxşı oynamasıdır. Bunun üçün də hər kəs əlindən gələni edir.

- Heyətdəki dəyişiklikləri kim müəyyənləşdirir?
- Heyəti kapitanımız Fikrət Sideifzadə və məşqçi Konstantin Landa müəyyənləşdirir. Çətin görüşdən sonra heyətdə dəyişiklik olur. Yorğun olan şahmatçı növbəti gün mübarizə aparmır.

- Gürcüstanlı Melia Salome ilə görüşdə heç-heçə oynadınız. Lakin partiyanın gedişində qələbə qazanmaq şansınız da var idi...
- Həqiqətən də üstünlüyüm var idi. 40-ci gedişdə səhv etdim və partiya bərabərliklə nəticələndi. Halbuki qələbə qazana bilərdim. Rəqibin vaxtı az idi.

- Sona yaxın hər şey heç-heçəyə doğru getsə də, rəqibiniz oyunu uzadırdı. Onun bu addımını nə ilə əlaqələndirmək olar?
- Oyunu uzatmağın mənası yox idi. Kapitanları da Salomeyə bildirdi ki, heç-heçədir. Lakin rəqibim qələbə qazana bilmədiyi üçün əsəbi idi. Kapitanın sözünü də geri çevirdi. Gürcüstan güclü rəqibdir. Vaxtı ilə dünya çempionu olublar. Bu səbəbdən də qalib gəlməyi çox istəyirdilər.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz?
- Ümumi götürsək, nəticələrim pis deyil. Ancaq bundan da yaxşı oynaya bilərdim. 2 görüşdə qələbəyə yaxın olsam da, sonda heç-heçə ilə kifayətləndim.

- Son ölkə çempionatının qalibi olsanız da, dördüncü lövhədə mübarizə aparırsınız. Bu qərar nədən irəli gəlir?
- Mənim üçün ikinci lövhədə oynamaq daha rahatdır. Bu, oyun tərzimə də uyğun gəlir. Çünki güclülərə qarşı oyunum daha yaxşı alınır. Lakin qərar verildi ki, dördüncü lövhədə yarışım. Əsas komandanın uğurudur.

- Əksəriyyət Bakı olimpiadasının təşkilatçılıq baxımından tarixdə ən yaxşı olduğunu bildirir. Bu yarış əvvəlkilərdən nə ilə fərqlənir?
- Tromsedə keçirilən son olimpiadada yarışmamışam. Lakin eşitdiyimə görə, orada təşkilatçılıq çox zəif olub. Yarış hansısa zavodda keçirilib. Hətta orada təcili tibbi yardım maşının olmadığından ölüm hadisəsi də baş verib. Qidalanma, otellər çox zəif olub. Həqiqətən də Bakıda keçirilən olimpiada tarixin ən yaxşısıdır. 2 ildən sonra Gürcüstan olimpiadanı bu səviyyədə keçirə bilməyəcək.

- Olimpiadanın Vətəndə keçirilməsi üzərinizdə əlavə təzyiq yaratmır?
- Xeyr, hər hansı təzyiq yoxdur. Bir qədər həyəcan olsa da, ilk gedişdən sonra hər şey unudulur və fikrimizi yalnız oyuna yönəldirik.

Другие новости этого раздела

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan13 sentyabrBakı Şahmat Olimpiadasında son tur13 sentyabrBaku Openin ilk qalibləri məlum oldu12 sentyabrKişi şahmatçılarımız üçün uğursuz tur12 sentyabr Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı12 sentyabrAzərbaycan Rusiya və Ukrayna ilə bacarmadı11 sentyabrAzərbaycan Rusiya və Ukrayna ilə üz-üzə11 sentyabrBakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb11 sentyabrLeyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib11 sentyabrAzərbaycan Latviyaya qalib gəldi, Çinə uduzdu10 sentyabrAzərbaycan Latviya və Çinə qarşı10 sentyabrFikrət Sideifzadə: İstənilən rəqibə qarşı oynaya bilərik09 sentyabrTeymur Rəcəbov: Sona qədər mübarizə aparacağıq09 sentyabrAzərbaycan Xorvatiya və Hindistana qalib gəldi09 sentyabrGülnar Məmmədova: Adamın gözü həmişə ilk üçlükdə olur09 sentyabr
18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 
Arxiv
AFFA
Neftchi fan shop