Azərbaycan Monqolustan, Litva, Makedoniya və Meksikaya qalib gəldi, Belarusla Türkiyəyə uduzdu
3 sentyabr 2016 22:00
![](/images/articles/2016/09/03/thumb856_20160903220943132.jpg?2021-07-05+11%3A32%3A27)
Bu gün Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşıb və qalib gəlib. İkinci yığmamız da Litvanı məğlub edib. Üçüncü komandamız isə Belarusla sınaqdan məğlub aryılıb.
Qadınlardan ibarət əsas millimizin rəqibi Meksika olub və şahmatçılarımız qələbəyə sevinən tərəf olub. İkinci komandamız da Monqolustandan üstün olub. Üçüncü yığmamız isə Türkiyə ilə dueldən məğlub aryılıb.
İkinci tur
Kişilər
Makedoniya - Azərbaycan-1 - 0:4
Belarus - Azərbaycan-3 - 3,5:0,5
Litva - Azərbaycan-2 - 0,5:3,5
Qadınlar
Azərbaycan-1 – Meksika - 2,5:1,5
Azərbaycan-3 – Türkiyə - 1.5:2.5
Azərbaycan-2 – Monqolustan - 2,5:1,5