Fotoreportaj|Video|На русском

Şahmat

Zeynəb Məmmədyarova: Bizim uğurumuz kişi şahmatçıların nəticəsindən asılıdır

8 avqust 2016 15:00

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının lideri Zeynəb Məmmədyarova Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarına cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Qadın şahmatçılarımız olimpiada ərəfəsində iki təlim-məşq toplanışında iştirak edib. Ümumilikdə, hazırlığı necə qiymətləndirirsən?
- Məşqlərimiz çox maraqlı keçib. Hazırlıqdan razıyam. Sadəcə, 3 ay ərzində sıx qrafiklə çalışmaq çox çətindir. Hər ay hazırlıq üçün toplaşdığımız zaman yaxınlarımızdan uzaq düşürük. Bu mənada bir qədər çətinlik yaradır. Qəbələdəki məşqlər bütün şahmatçılarımıza yaxşı təsir edəcək. Debütlər üzərində işlədik, bir-birimizlə şahmat oynadıq. Asudə vaxtlarında Bakı Şahmat Olimpiadası haqda müzakirələr apardıq. Bu yarışda ilk dəfə ölkəmiz həm qadınlar, həm də kişilər arasında 3 komandayla təmsil olunacaq. Ona görə hər birimiz məsuliyyət hiss edirik.

- Növbəti hazırlıq nə vaxtdan başlayır?
- Sabah olimpiadaya son hazırlıq mərhələsi başlayır. Əsas komandamız Gürcüstan yığmasıyla qarşılaşacaq. 5 gün ərzində biz gürcü xanımlara qarşı oynayacağıq. Nəticələr reytinqə hesablandığından çox maraqlı mübarizə olacaq. Olimpiada ərəfəsində zəif nöqtələrimiz üzə çıxacaq.

- Gürcüstan yığması reytinqə görə bizim komandamızdan üstündür. Bu mənada yoldaşlıq görüşündə güclü rəqibə qarşı oynamaq çətinlik yaratmayacaq?
- Həmişə güclü şahmatçılara qarşı oynamaq istəmişik. Bir-birimizlə şahmat çox oynayırıq. Güclü rəqiblə mübarizədə şahmatçı səhvlərini görür. Yoldaşlıq görüşündə güclüyə qarşı oynamaq lazımdır ki, olimpiadada istənilən rəqibə hazır olaq.

- Qadın şahmatçılarımız olimpiadada hansı hədəf uğrunda yarışacaq?
- Məqsəd ilk onluqda qərarlaşmaqdır. Xantı-Mansiyskdə keçirilən olimpiadada biz 3-8-ci yerləri bölüşdürmüşdük. Bakıda onluğa düşməsək, nəticəni uğurlu hesab etməyəcəm. 70% komandamıza inanıram. Bir çox amillər yarış vaxtı özünü göstərəcək. Əsas məsələ komandamızın psixoloji cəhətdən olimpiadaya hazır olmasıdır. Üçüncü yığmada iştirak edən xanım şahmatçılar üçün yarış böyük təcrübə olacaq. Bütün komandalarımızda çox istedadlı şahmatçılar var. Ümid edirik ki, gələcəkdə yığmada rəqabət güclənəcək.

- Kişilərdən ibarət yığmaya böyük ümidlər bəslənilir. Həmkarlarından hansı nəticəni gözləmək olar?
- Proqnoz vermək yaxşı adət deyil. Biz hamımız onlar dəstək oluruq. Bütün yarışlarda şahmatçılarımız ölkəmizi layiqincə təmsil etmək üçün çalışır. Onların uğur qazanmaq şansları çoxdur. Biz onlara inanırıq. Oğlanlar da yaxşı hazırlıq keçib. Qadın yığmamızın uğurlu çıxışı kişi komandasının nəticəsindən asılıdır. İnanın, bu belədir. Oğlanlar yaxşı oynayanda bizə sanki əlavə güc gəlir. Şəhriyar və komanda yoldaşları qələbə qazanan turdan sonra biz də yaxşı nəticə göstərməyə çalışırıq. Sanki yaxşı mənada rəqabət yaranır.

- Sizin fikrinizcə, Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ölkədə idmanın bu növünə necə təsir edəcək?
- Bu yarışın Bakıda keçirilməsi tarixi hadisədir. İndiyə qədər Bakıda heç bir yarışda bu sayda ölkə təmsil olunmayıb. 180-dən çox ölkənin paytaxtımıza gəlişi Azərbaycanı növbəti dəfə dünya şahmatının mərkəzinə çevirəcək. Həmişə müxtəlif yarışlarda iştirak etdiyimiz vaxt bizdən Azərbaycan haqda soruşurdular. İndi qonaqlar özləri gəlib Bakını görəcək və yüksək təşkilatçılığın şahidi olacaqlar. Məmmədyarovlar üçün olimpiada xüsusilə əlamətdar olacaq. İlk dəfə mən, qardaşım Şəhriyar və bacım Türkan müxtəlif komandalarda birinci lövhədə çıxış edəcəyik.

- Qardaşın Şəhriyar hazırlaşmaqda sizə kömək edir?
- Evdə şahmatdan çox danışırıq. Vaxt olanda sürətli şahmat oynayırıq. Çətinlik olan zaman Şəhriyar bizə dəstək olur. Məsləhət istədiyimiz vaxt həmişə kömək edib. Debütlə bağlı sual verdikdə müxtəlif variantlar təklif edir. Amma evdə oynayanda da Şəhriyarı uda bilmirik. Zarafat edirik, lakin sonda yenə qardaşım qələbə qazanır (gülür).

- Bakı Şahmat Olimpiadası sizin üçün digərlərindən necə fərqlənəcək?
- Məsuliyyət çoxdur. Xarici ölkədə olduğumuz zaman azarkeşlər bizim haqda yalnız mətbuatda oxuyur. Amma indi şahmat həvəskarları Bakı Kristal Zalına gəlməklə bizə dəstək olacaqlar. Müəyyən mənada çətin olacaq. Təzyiq deməzdim, sadəcə, yaxınlarımızın yanımızda olduğunu unutmayacağıq. Dəstək çox vacibdir. Yaxşı nəticə qazanmaqla hamını sevindirməyə çalışacağıq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah