Olimpiadanın Əməliyyat Komitəsi jurnalistlər arasında şahmat turniri keçirdi
18 iyul 2016 18:10
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında şahmat turniri keçirilib. Azerisport.az xəbər verir ki, tədbirin açılışında yarışın qaydaları haqqında məlumat verilib.
Qeyd olunub ki, turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Ümumdünya Şahmat Olimpiadasına dəstək verməkdir.
7 turdan ibarət yarışda maksimum xal toplayan Fuad Əlizadə (sputnik.az) turnirin qalibi adını qazanıb.
Qaliblərə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.