Fotoreportaj|Video|На русском

Şahmat

Şahmatçılarımız ilk hazırlıq mərhələsindən danışdılar

22 iyun 2016 16:40

Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası ilk təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, ilk təlim-məşq toplanışına 6 şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub. Şahmatçılar hazırlıq barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə danışıb:

Qədir Hüseynov: "Hazırlıqdan razı qaldım. Sözsüz ki, ilk təlim-məşq toplanışından sonra konkret fikir bildirmək çətindir. Bakı Şahmat Olimpiadası hər bir şahmatçı üçün çox vacibdir. Olimpiadaya tam hazır olmaq üçün təlim-məşq toplanışlarının köməyi böyükdür. Komandada mehribanlıq var. Şahmatçılar bir-birini yaxşı başa düşür. Mötəbər yarışda layiqincə iştirak etmək üçün əlimizdən gələni edəcəyik".

Vasif Durarbəyli: "Emil Sutovskinin rəhbərliyi altında hazırlaşmaq hər zaman xoşdur. Biz Sutovskini çoxdan tanıyırıq. Komanda üzvləri arasında yaxşı münasibət var. Bakı Şahmat Olimpiadasında ikinci komandanın da diqqət mərkəzində olacağını bilirik. Hazırlıq üçün yüksək səviyyədə şəraitin yaradıldığını söyləməliyəm. Mötəbər yarışda mümkün qədər yaxşı çıxış etməyə çalışacayıq".

Namiq Quliyev: "Açılışlar üzərində çalışdıq. Kompyuter vasitəsilə müxtəlif gedişlərlə bağlı müzakirələr apardıq. Uğur qazanmaq üçün üzərimizdə işləməliyik. Bakı Şahmat Olimpiadasına kifayət qədər vaxt var. Bizə yaradılan şərait yüksək səviyyədədir. Şahmat oynamaq üçün lazımi şərait yaradılıb. Bakı Şahmat Olimpiadası hər birimizin karyerasında mühüm yer tutacaq. Yaxşı nəticələrlə hamını sevindirmək istərdik".

Nicat Abbasov: "İlk hazırlıq paytaxt Bakıda oldu. Emil Sutovskiylə əvvəllərdə işləmişik. "Odlar Yurdu" komandasında Sutovskinin rəhbərliyi altında Avropa Kubokunda mübarizə aparmışıq. Onunla çalışmaq həm maraqlıdır, həm də xeyirli. Hər birimizin zəif və üstün cəhətlərini bilir. Əsas məqsədimiz ilk onluğa düşməkdən ibarət olacaq".

Vüqar Rəsulov: "Bakı Şahmat Olimpiadasında güclü rəqabət olacaq. Hər bir komanda uğur qazanmaq üçün çıxış edəcək. Ölkəmizin ikinci komandası üçün olimpiada sınaq sayılacaq. Hər birimiz daha yaxşı oynamaqla iddiamızı nümayiş etdirə bilərik. Komanda üzvləriylə yaxşı münasibətimiz var. Olimpiadanın yadda qalan komandalarından biri olmağa çalışacayıq". 

Ülvi Bacarani: "Bakı Şahmat Olimpiadasında iştirak etmək hər birimiz üçün çox vacibdir. Doğma paytaxtımızda keçirilən yarışda layiqli çıxış etmək başlıca məqsəd sayılır".

Paytaxtdakı ilk hazırlıq İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah