Fotoreportaj|Video|На русском

Şahmat

Şəhriyar Məmmədyarov: Bu qələbəni Vüqar Həşimova həsr edirəm

6 iyun 2016 14:40

"Shamkir Chess 2016" superturnirinin qalibi Şəhriyar Məmmədyarov yarışın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Sizi qələbə münasibətiylə təbrik edirik. Müsahibəyə "Shamkir Chess 2016"-nın yekunlarıyla bağlı başlamaq istərdik.
- Ardıcıl üçüncü dəfə keçirilən yarışda bu dəfə qalib olmaq bizə nəsib oldu. Qələbəni sözlə ifadə etmək çətindir. Sözsüz ki, çox xoşdur. Yarışa o qədər yaxşı başlamamışdım. Bununla belə ümidimi itirmirdim. Şəmkirə gələndə də düşünürdüm ki, niyə bizim şahmatçılar çempion olmasın, niyə biz yarışı birinci pillədə başa vurmayaq? Ölkəmizdə keçirilən yarışda qələbə qazanmaq daha şirin olur. Turnir mənim üçün uğurlu başa çatdı. Şəmkir yarışı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. İnanın ki, oyun zamanı da bu dəstəyi hiss etmişəm və o mənə qələbə qazanmağa kömək olub.

- Hansı turdan sonra Şəmkirdə qələbə qazanacağınıza inam daha artdı?
- 8-ci turda Fabiano Karuana üzərində qələbədən sonra. Karuana çox güclü şahmatçıdır. FİDE reytinqində 2-3-cü yerlərdə qərarlaşıb. Ona qarşı qara fiqurlarla çıxış etmək asan deyil. 8-ci turda Karuananı məğlub edən sonra inam daha da artdı. Düşündüm ki, çempionluğa çox yaxınam. Son turda Aniş Girini məğlub etmək lazım idi. 9-cu turda qarşıya qoyulan məqsədə çatdım. Karuanayla xalımız bərabər olduğu üçün tay-brek qaçılmaz oldu. Tay-brek futbolda penalti kimidir. Bununla belə tay-brekdə də uğur qazanaraq qalib oldum.

- "Shamkir Chess 2016" Şəhriyarın həyatında nəyi dəyişəcək?
- Daha "Azərbaycandakı yarışlar mənim üçün uğurlu olmur" deməyəcəm. Şəmkirə qədər elə düşünürdüm. Ölkədəki yarışlarda hər zaman reytinq itirmişəm. "Shamkir Chess 2016" yanlış düşündüyümü göstərdi. Digər tərəfdən indiyə qədər Azərbaycan şahmatçıları 20-ci kateqoriyalı superturnirdə çempionluq sevinci yaşamayıb. Bu da ilk oldu. Teymur Rəcəbovla mən bir sıra yarışlarda qalib olmuşuq. Bəzən Veyk-An-Zee və ya başqa turnirdə şərikli olaraq 1-2-ci yerləri bölüşdürmüşük. Lakin tək çempionluq olmamışdı. Şəmkirdəki qələbə bu mənada bizim üçün çox vacib idi.

- İstirahət günündən sonra oyunun dəyişdi. Bəlkə bir günlük istirahətə ehtiyacın var idi?
- Bəzən düşünmək vacibdir. İstirahət günümüz çox maraqlı oldu. Təşkilatçılar hər məqamı diqqətdə saxlamışdı. Səhər Şəmkirdə şahmatla məşğul olan yeniyetmələrə seans keçdik. Sonra futbol oynadıq. Düzdü, şahmatçıların komandasının oyunu o qədər uğurlu olmadı. İlk görüşdə uduzduq. Ardınca Sergey Karyakinlə Göy-gölə getdik. Maraqlı gün keçirdik.

- Qələbəni kimə həsr edirsən?
- Şəmkir yarışında hamını birləşdirən bir ad var - Vüqar Həşimov. İştirakçılar, təşkilatçılar, qonaqlar Vüqar Həşimovun adına toplaşıb. Vüqar həmişə Azərbaycan şahmatçılarının qələbəsini arzulayıb. Çox vaxt uğur qazanmaq üçün birgə çalışmışıq. Şəmkirdəki qələbə vaxtı Vüqarla birlikdə Serbiyada ilk Avropa çempionluğumuzu qazanan günlər yadıma düşdü. Vüqar hər zaman bizimlədir. Ona görə də qələbəmi Vüqar Həşimova həsr edirəm.

- Artıq Şəmkirdə də sənin çoxlu sayda azarkeşlərin var...
- Şəmkirdə şahmatı çox sevirlər. Saatlarla davam edən oyun zamanı zalda çoxlu sayda adam olurdu. Bütün qonaqlara eyni səviyyədə yüksək diqqət göstərilirdi. Çətin dönəmdə belə Vüqar Həşimovun xatirə turnirini təşkil edən insanlara, xüsusilə Synergy Group-a təşəkkür edirəm. Əvvəlki illərdə olduğu kimi turnir yüksək səviyyədə təşkil olunmuşdu. 

- 2016-cı il Azərbaycan şahmatı üçün çox vacibdir. Payızda Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.
- İlk dəfə Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Çox böyük yarışdır. Şahmatçılar məsuliyyəti başa düşür. Tezliklə olimpiadaya hazırlığa başlayacağıq. Olimpiadaya qədər istirahət barədə düşünməyəcəyik. Hər zaman olduğu kimi bu dəfə də hamını sevindirməyə çalışacağıq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah