Qadın boksçularımızdan biri uduzdu, biri qalib gəldi
10 aprel 2016 00:40
Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə qadınlardan ibarət milli komandamızın iki üzvü rinqə çıxıb.
51 kq çəki dərəcəsində mübarizə aparan Anaxanım Ağayeva moldovalı Yuliya Koroliyə uduzaraq, yarışla vidalaşıb.
Yana Alekseyevna (60 kq) isə Böyük Britaniya təmsilçisi Kantel Kameron üzərində qələbə qazanıb. Boksçumuz 1/8 finalda türkiyəli Gülsüm Tatarla üz-üzə gələcək.