Qəbələnin boksçusu Riqada rinqə çıxacaq
30 iyul 2016 16:30
“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, təmsilçimiz iyulun 31-də Latviyanın paytaxtı Riqada təşkil olunan boks gecəsində debüt edəcək.
İdmançımız 5 min tamaşaçı tutan “Riqa Arena”da keçiriləcək peşəkarların 7 döyüşündən birinin iştirakçısı olacaq. Ağır çəki dərəcəsində çıxış edəcək 30 yaşlı idmançımız rusiyalı Vladimir Qonçarovla qarşılaşacaq. Öncədən Atakişiyevin latviyalı Kristap Breydislə görüşməsi nəzərdə tutulsa da, sonradan təşkilatçılar boksçumuzun rəqibini dəyişib. Onun rusiyalı rəqibi karyerasında 8 peşəkar döyüş keçirib və bunların 5-də qalib gəlib. Üç məğlubiyyəti olan 31 yaşlı Qonçarov peşəkar rinqdə 39 raund döyüşüb.