Lisenziya yarışı Qəbələdə keçiriləcək?
26 aprel 2016 00:15
İyunun 7-dən 19-dək Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turniri keçirilməlidir. Azerisport.az xəbər verir ki, sonuncu lisenziya yarışı Bakıda keçirilməyə bilər.
Hər çəkidə ilk 5 boksçunun Olimpiadaya vəsiqə qazanacağı turnirin Qəbələdə keçirilməsi ehtimalı var. Hazırda Boks Federasiyası bu variant haqqında fikirləşir. Böyük ehtimalla, dünyanın 4 bir yanından boksçular Qəbələdə rinqə çıxacaq. Çünki iyunun 17-19-da Bakıda "Formula-1" üzrə Avropa qran prisi keçiriləcək. Məntiqlə eyni vaxtda bir şəhərdə 2 böyük yarışın təşkil olunması çətinlik yarada bilər.