Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi
1 noyabr 2016 10:30
Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının rəhbərliyi milli komandamızın Rio-2016 Yay Olimpiya Oyunlarındakı nəticələrindən narazı qalıb.
Buna görə də kubalı mütəxəssisin istefaya göndərilməsi barədə qərar qəbul olunub. Komandamız Olimpiadada onun rəhbərliyi altında cəmi iki medal qazana bilmişdi ki, bunlardan biri gümüş, digəri isə bürüncdür.
Hələlik, Pedro Rokeni kimin əvəzləyəcəyi bilinmir.