Abdullayevdən lisenziya, Alekseyevna və Sotomayordan qızıl medal
Türkiyənin Samsun şəhərində təşkil olunan boks üzrə Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, yarışların sonuncu günü qadınlardan ibarət milli komandamızın üzvü Yana Alekseyevna final görüşünə çıxıb.
Xatırladaq ki, yarimfinalda olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi irlandiyalı Keti Teylora qalib gələrək Rio Olimpiya Oyunlarına vəsiqə qazanan boksçumuz həlledici görüşdə də uğurla çıxış edib. 60 kq çəki dəcəsində yarışan Yana finalda italiyalı İrma Testanı məğlub edərək Olimpiya Təsnifat turnirinin qızıl medalını qazanıb.
64 kq çəki dərəcəsində qüvvəsini sınayan Lorenso Sotomayor da turnirin qalibi olub. Yarımfinalda türkiyəli Batuhan Gözgeçi məğlub etdikdən sonra Rioya vəsiqəni təmin edən boksçumuz həlledici görüşdə litvalı Evaldas Petrauskasla qarşılaşıb. Döyüş idmançımızın qələbəsilə yekunlaşıb.
Samsun turnirində Abdulqadir Abdullayev də olipiadaya vəsiqə əldə edib. Boksçumuz 3-cü yer uğrunda Ukraynanı təmsil edən erməni Qevorq Manukyana qalib gəlib. Xatırladaq ki, Qevorq Manukyan Bakıda Avropa Oyunlarının finalında boksçumuzla görüşə çıxmaqdan imtina etmişdi.
Ən ağır çəki dərəcəsində yarışan milli komandamızın lideri Məhəmmədrəsul Məcidov da finala çıxmaqla olimpiyada lisenziyasına sahib olub. 91 kqdan artıq çəki dərəcəsində yarışan 2 qat dünya çempionumuz qızıl medal uğrunda görüşdə britaniyalı Yozef Coysla üz-üzə gəlib. Qarşılaşma rəqib boksçunun qələbəsilə başa çatıb.
Milli komandamızın digər üzvü Cavid Çələbiyev də Samsun turnirində olimpimpiadaya lisenziya qazanmaqla yanaşı, fəxri mükafat qazanıb. Bununla da boksçularımız Rio olimpiadasına 5 lisenziya, həmçinin 3 qızıl, bir gümüş və bir bürünc medal qazanıbalar.
Xatırladaq ki, millimizin digər üzvləri - Elvin Məmişzadə, Albert Səlimov və Pərviz Bağırov son dünya çempionatında Rio Olimpiadasına lisenziya əldə ediblər.