Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu
24 may 2016 18:40
Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, bu gün 1/4 final görüşləri keçirilib.
Təəssüf ki, bu mərhələyə yüksələn təmsilçilərimizin hamısı uduzaraq, mübarizəni dayandırıblar.
Nəticələri təqdim edirik:
57 kq. Məhsəti Həmzəyeva – Denisa Yeliseyeva (Bolqarıstan) - 0:3
69 kq. Məryəm Cəbrayılova – Honq Hu (Çin) - 0:3
60 kq. Yana Alekseyevna – Estell Mosseli (Fransa) - 0:3
Belə olan halda Azərbaycan DÇ-ni medalsız başa vurmalı olub.