İpək yolu turnirinə qatılacaq boks yığmamızın heyəti açıqlandı
Ölkəmizdə daha bir beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, söhbət kişi boksçular arasında təşkil olunan ənənəvi “İpək yolu” turnirindən gedir.
Beynəlxalq yarış martın 9-da start götürəcək və ayın 14-nə qədər davam edəcək. Bu dəfəki turnirdə Azərbaycan boksçuları ilə yanaşı Ukrayna, İran, Gürcüstan və İsrail idmançıları da mübarizə aparacaq.
Komandamızın heyətinə gəlincə, yarışda bu idmançılar mübarizə aparacaq:
49 kq – Rüfət Hüseynov
52 kq – Elvin Məmişzadə
56 kq – Tayfur Əliyev və Cavid Çələbiyev
60 kq – Albert Səlimov
64 kq – Lorenso Sotomayor
69 kq – Pərviz Bağırov
75 kq – Kamran Şahsuvarlı
81 kq – Teymur Məmmədov
91 kq – Abdulkadir Abdullayev
+91 kq – Məhəmmədrəsul Məcidov
Qeyd edək ki, görüşlər Azərbaycan Boks Federasiyasının boks mərkəzində keçiriləcək.