Baku Fires qələbə qazanıb, liderliyə yüksəldi
Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu 3-cü görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, komandamız Boks Mərkəzində “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşıb.
Puerto Riko klubu qrupda sonuncu yeri tuturdu. “Baku Fires” isə D qrupunda 2-ci pillədəydi. Komandamız doğma meydanda bu rəqibinə 4:1 hesabıyla qalib gələrək, qrupdakı vəziyyətini yaxşılaşdırmağa nail olub.
"Baku Fires" - "Puerto Rico Hurricanes" - 4:1
49 kq. Rəsul Saliyev– Antoni Ortiz +:-
56 kq. Yaraş Məhəmmədov– Edqardo Rolon - 3:0 (49:46, 49:46, 50:45)
64 kq. Heybətulla Hacıəliyev– Jan Rivera - 3:0 (50:44, 50:45, 50:44)
75 kq. Nikolay Veselov – Kristian Mbilli - 0:3 (46:49, 45:50, 45:50)
91 kq. Abdulqadir Abdullayev– Roman Fress (Abdullayev texniki nokdaunla qalib gəlib)
Turnir cədvəli
1. Baku Fires – 5 xal (3 görüş, qələbə sayı 8-7)
2. Uzbek Tigers – 4 xal (2, 7-3)
3. Astana Arlans– 3 xal (1, 4-1)
4. Puerto Rico Hurricanes – 0 (2, 1-9).