Tayfur Əliyev Macarıstanda çempion oldu
7 fevral 2016 13:00

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, millimiz yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.
56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev finalda Böyük Britaniya təmsilçisi Aşfaq Qaisdadı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kamran Şahsuvarlı (75 kq) finalda fransalı Kristian Mbilliyə uduzub.
64 kq çəki dərəcəsində çıxış edən Lorentso Sotomayor da 2-ci yerə layiq görülüb. Kuba əsilli boksçumuz finalda qazaxıstanli Ablayxan Jussupova məğlub olub.
Teymur Məmmədov isə (81 kq) yarımfinalda mübarizəni dayandıraraq, bürünc medalla kifayətlənib.