Paralimpiyaçı cüdoçularımız Qori şəhərində təlim-məşq toplanışındadır
20 aprel 2016 13:20
Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə milli komandası baş məşqçi İbrahim İbrahimov başda olmaqla 16 nəfərlik heyətlə Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışına başlayıb. Azerisport.az xəbər verir ki, aprelin 18-də start götürən toplanış mayın 2-nə qədər davam edəcək.