Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib
Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib. Azerisport.az xəbər verir ki, festivalda Milli Paralimpiya Komitəsinin 53 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.
Bundan əlavə Naxçıvan MR Paralimpiya Federasiyasının və İran İslam Respublikasının idmançıları da festivala qatılıblar. Səfərin brinci günü tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Daha sonra onlar ulu öndərin adını daşıyan muzeylə tanış olublar.
Nümayəndə heyəti üçün Naxçıvan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Gənclər və İdman nazirliyinin dəstəyi ilə Naxçıvan şəhərinə ekskursiya təşkil edilib.
Səfərin ikinci günü İlham Əliyev adına İdman kompleksində festivalın rəsmi açlışı olub. Açılışda Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, MR Paralimpiya Federasiyasının sədri Cavid Səfərov, Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov, Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov və 2 qat Paralimpiya çempionu, 2 qat Dünya çempionu, 5 qat Avropa çempionu, Bakı I Avropa oyunlarının qalibi, “Şöhrət” ordenli, Heydər Əliyev fondunun “Qızıl Çinar” mükafatının sahibi, cüdoçu İlham Zəkyev cıxış ebiblər. Rəsmi hissə başa catdıqdan sonra paralimpiyaçılar arasında 5 idman növü üzrə (atletika, qolbol, boccia, pauerliftinq, futzal) idman yarışları keçirilib. Qaliblər Milli Paralimpiya Komitəsinin kubok, medal və fəxri fərmanları ilə mükafatlandırılıblar.