Paralimpiyaçı üzgüçülərimiz AÇ-yə yollandılar
27 aprel 2016 11:40
Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvləri Raman Saley və Dmitri Saley 26 aprel-8 may tarixlərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün Portuqaliyanın Funşal şəhərinə yola düşüblər. Azerisport.az xəbər verir ki, bu yarış idmançılarımızın Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq üçün önəmlidir. Qeyd edək ki, hər iki idmançımız Paralimpiya Oyunlarına lisenziya qazanıblar.