Naxçıvanda Paralimpiya İdman Festivalı keçiriləcək
12-13 may 2016-cı il tarixlərində Naxçıvan şəhərində ümummilider Heydər Əliyevin anadan olunmasının 93-cü il dönümü və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçiriləcək. Azerisport.az xəbər verir ki, 12 may 2016-cı il tarixində Milli Paralimpiya Komitəsinin 60 nəfərdən ibarət nümayyəndə və idmançı heyəti Naxçıvana yola düşəcək.
Paralimpiya İdman Festivalında əlil arabasında idman rəqsi, atletika, qolbol, futzal və boccia idman növləri üzrə ümumilikdə 60 idmançı iştirak edəcək. Yarışlara Naxçıvanın və İran İslam Respublikasının idmançıları da qatılacaq. Səfər zamanı Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan şəhərinin tarixi abidələri və Muzeylərinə ziyarət də təşkil olunacaq.