Paralimpiyaçılarımızdan daha 4 qızıl medal

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yüngül atletika üzrə komandasının idmançıları Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərində keçirilən 8-ci Fəzza qran pri turnirində bu gün də uğurlu çıxışlarını davam etdiriblər. Azerisport.az xəbər verir ki, Cəbrayılov Elmir 200 metr qaçışda 23.35 saniyə nəticəsi ilə qızıl, Çebanu Yelena 200 metr qaçışda 24.63 saniyə nəticəsi ilə qızıl, Nəbiyev Samir disk atma idman növündə 43.53 metr nəticəsi ilə qızıl, Rəfiyev Rüfət nüvə atma idman növündə 13.63 metr nəticəsi ilə qızıl, Muradov Elçin 200 metr qaçışda 24.80 saniyə nəticəsi ilə gümüş, Qəhrəmanzadə İslam nizə tullama idman növündə 51.93 metr nəticəsi ilə bürünc medallara sahib olub.
Qeyd edək ki, yarışların bu günə qədər müddətində idmançılarımız 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. Yarışlar davam edir.