Kərimova - Qədirov cütlüyü Romaya dünya çempionatına gedir
5 noyabr 2015 12:00
Əlil arabasında idman rəqsi Azərbaycanda 2012-ci ildə yaradılıb və üç il ərzində idmançılarımız ölkəmizi mötəbər yarışlarda təmsil edirlər. Azerisport.az xəbər verir ki, əlil arabasında idman rəqsi üzrə 2013-cü ilin Qitələr Kubokunun qalibləri, Milli Paralimpiya Komitəsinin idmançıları Vüsalə Kərimova və Tamerlan Qədirov cütlüyü "Paşa Travel" şirkətinin dəstəyi ilə ilk dəfə olaraq 7-8 noyabrda İtaliyanın Roma şəhərində keçirələcək əlil arabasında idman rəqsi üzrə dünya çempionatında iştirak etmək üçün yola düşdülər.