Məşqçilərə XV Yay paralimpiya oyunlarına xüsusi hazırlıq proqramı təqdim edildi
10 sentyabr 2015 14:20
Bu gün Milli Paralimpiya Komitəsinin baş ofisində ARMPK-nin yüngül atletika idman növü üzrə baş məşqçi Afiq Suleymanov növbəti iclasını keçirib. Azerisport.az xəbər verir ki, iclasda yüngül atletika idman növlərinin bütün məşqçiləri 2016-ci ildə Rio-De-Janeyroda keçiriləcək XV Yay paralimpiya oyunlarına hazırlıqları, qarşıda lisenziya xarakterli yarışlarda iştirak edəcək idmançıların fiziki və psixoloji hazırlıqları haqqında hesabat veriblər.
Afiq Suleymanov yüngül atletika idman növünün Paralimpiya Komitəsinin əsas idman növlərindən biri olduğunu vurqulayaraq, məşqçilərə tapşırıqlar verib və Rio-De-Janeyro XV Yay paralimpiya oyunlarına xüsusi hazırlıq proqramı təqdim edib.