Paralimpiya Komitəsində Məşqçilər şurasının iclası kecirilib
Bu gün Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə Məşqçilər Şurasının iclası kecirilib. Azerisport.az xəbər verir ki, şurada 2016 Rio-de-Janeyro XV Yay Paralimpiya Oyunlarına hazirliqla baglı baş məşqçilərin hesabatları dinlənilib.
Onlar hazırlıqla baglı keçirilən təlim-məşq toplantıları, idmacıların psixoloji drumları, Beynəlxalq yarışlarda iştirak və digər mövcud vəziyyət haqqında geniş məlumat veriblər. İ.Rəhimov Yay Paralimpiya Oyunlarina idmancılarin lisenziya qazanmalari və Milli komandanın formalaşması sahəsındə lazımı işlərin gərulduyu və uygun şəraitin yaradıldiginı qeyd etməklə yanaşı, baş məşqcilər tərəfindən qaldırılan məsələlərin və təkliflərin operatif şəkildə icrası ilə əlaqədar Komitənin icra strukturuna müvafiq tapşırıqlarını verib.
İclasın sonunda Milli Paralimpiya Komitəsinin cudo idman növü üzrə sabiq baş məşqcisi Əhməddin Rəcəbliyə 70 illik yubileyi münasibətilə Komitənin diplomu təqdim edilib.