Vüsalə Kərimova ilə Tamerlan Qədirov 3-cü oldu
13 iyul 2015 00:05
Milli Paralimpiya Komitəsinin İdmançıları Kərimova Vüsalə və Qədirov Tamerlan 8-12 iyul 2015-ci il tarixində keçirilən əlil arabasında idman rəqsi üzrə "2015 NEW TAIPEI CITY CUP" çempionatında Freestyle proqramında uğurlu çıxış edərək 3-cü yerin sahibi oldular. Azerisport.az xəbər verir ki, yarışda 7 ölkədən 60 idmançı iştirak edirdi.