Paralimpiyaçılarımızdan növbəti medal dəsti
13 may 2015 01:00
Cənubi Koreyanın Seul şəhərində keçirilən "İBSA Dünya Oyunları"nın ikinci günündə üzgüçülük idman növü üzrə 100 m bel üstə məsafədə 1.03.05 s nəticəylə ARMPK-nin idmançısı Dmitriy Saley gümüş, 400 m sərbəst üsulla 4.38 deg s nəticəylə Roman Saley bürünc medal qazanıblar. Azerisport.az xəbər verir ki, atletika idman növü üzrə uzunluğa tullanmada Kamil Əliyev 7.01 sm nəticəylə qızıl, Valdimir Zaes isə nizə atma idman növündə 45.46 sm nəticəylə gümüş medal qazanıblar.