Seul Ümumdünya oyunlarının ilk günündə 2 medal
12 may 2015 16:00
Cənubi Koreyanın Seul şəhərində paralimpiyaçılar arasında keçirilən Ümumdünya oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışların ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.
Dmitri Saley 100 metr məsafəyə üzgüçülük yarışlarında birinci yeri tutub. Digər üzgüçümüz Roman Saley isə Ümumdünya oyunlarının bürünc medalını qazanıb.
Hər iki idmançı “Neftçi İdman Klubu”nu təmsil edir.