Paralimpiyaçımiz Gündüz İsmayılovun 9 illik fasilədən sonra möhtəşəm qələbəsi
24 fevral 2014 13:44
Pauerliftinq üzrə Azərbaycan Milli Paralimpiya komandasının idmançısı Gündüz İsmayılov 9 illik fasilədən sonra yenidən böyük idmana qayıtdı. Azerisport.az xəbər verir ki, İsmayılov Braziliyanın Uberlyandiya şəhərində pauerliftinq üzrə keçirilən Braziliya birinciliyində 88 kq çəki kateqoriasında 197 kq qaldıraraq Avropa rekordunu yeniləyib.
Bununla, ilk uğuruna imza atan idmançımız aprel ayında Dubayda keçiriləcək dünya çempionatına lisenziya qazanıb.