Paralimpiyaçı atletlərimizdən bürünc seriyası
24 fevral 2014 13:33
Yüngül atletika üzrə Milli Paralimpiya komandası idmançılarının Fəzaa Beynəlxalq yarışında uğurlu çıxışları davam edir. Azerisport.az xəbər verir ki, fevralın 20-də yüngül atletika üzrə Milli Paralimpiya komandasının idmançıları Dubay şəhərində keçirilən Atletika üzrə 6-cı Fəzaa Beynəlxalq yarışına yola düşmüşlər.
Bu yarış qarşıdan gələn Avropa çempionatına lisenziya xalları qazandırır.
Yarışın ilk günlərində nizə atma idman növündə 19.73 m nəticə ilə Elvin Astanov 2-ci, nüvə itələmə idman növündə 11.61 m və lövhə atma idman növündə 39.03 m nəticə ilə Samir Nəbiyev 3-cü, qadınlar arasında nizə atma idman növündə isə 9.31 m nəticə ilə Mənzərə Əhmədova 3-cü yerlərə sahib olmuşlar.
Daha dörd idmançımız yarışlara bu gün qatılacaq.