Paralimpiyaçımız Dünya və Avropa rekordunu yeniləyərək Avropa çempionu oldu
25 oktyabr 2013 14:40
Xəbər verdiyimiz kimi Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idmanı üzrə milli komanda üzvüləri İspaniyanın Alekante şəhərində keçirilən Avropa çempionatında iştirak edirlər. Azerisport.az xəbər verir ki, komadanın üzvü Yelena Taranova bu gün keçirilən yarışda 10 metr P2 kateqoriyasının finalında 195 xalla Dünya və Avropa rekordunu yeniləyərək Avropa çempionatının qızıl medalına sahib oldu.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idmanı üzrə komandası 50 metr P4 kateqoriyasında komanda hesabı ilə 1538 xalla 3-cü yerə layiq görülmüşdür.