Təmçilçimiz DÇ-də qızıl medalı rekordla qazandı
27 iyul 2013 22:35
Bu gün Fransanın Lyon şəhərində atletika üzrə davam edən Dünya Çempionatında Azərbaycan Milli Paralimpiya komandasının üzvü Vladimir Zayets 3 təkanla tullanma növündə çıxış edib. Azerisport.az xəbər verir ki, idmançımız 15.30 m nəticə göstərərək Dünya Çempionatının rekordunu yeniləyib və qızıl medal qazanıb.
Bütövlükdə, ilk üçlüyün göstərdiyi nəticələr belə olub:
1. Vladimir Zayets - 15.30m (Azərbaycan)
2. Saliyev Doniyo 15.06m (Özbəkistan)
3. Burdukov Siarxey 14.75m (Belarus)