Pərviz Abdullayev Tailanddan qələbə ilə dönür
22 fevral 2016 19:30
Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib. Azerisport.az xəbər verir ki, idmançımız Tailandın Pattayya şəhərində baş tutan “Kunium Fight 38” turnirində qüvvəsini sınayıb.
Abdullayev reytinq xarakterli döyüşdə çinli Nurla Mulali ilə üz-üzə gəlib. Pərviz bu qarşılaşmada asiyalı rəqibini məğlub edərək rinqi qalib kimi tərk edib. (klub saytı)