Fotoreportaj|Video|На русском

Digər növlər

Kraliça Qarabağ atlarına tamaşa etdi

16 may 2016 14:45

London yaxınlığındakı Vindzor qəsrinin ərazisində keçirilən Kral Vindzor At Şousunun final mərhələsində Azərbaycanın "Qarabağ” cinsindən olan 15 atdan ibarət komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Kraliça II Yelizaveta qarşısında çıxış ediblər. Azerisport.az xəbər verir ki, mayın 11-15-də keçirilən bu məftunedici şou Kraliçanın 90 illik yubileyinə həsr olunub.

Azərbaycan nümayəndə heyəti adından Kraliça II Yelizavetaya respublikanın Əməkdar Rəssamı Sakit Məmmədovun rəsm əsəri xatirə hədiyyəsi edilib. Azərbaycanın Kral Vindzor At Şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı vəMədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib. Təşkilati işlərə musiqiçi və rəqqasların Londona səfərlərinin təşkili, atların çaparlarla birlikdə Vindzora çatdırılması, həmçinin, Azərbaycan mədəniyyəti pavilyonunun qurulması daxil idi. Atların Britaniyaya çatdırılması üçün düz 2 ay vaxt tələb olunub. Vindzorda Azərbaycanın milli folklorunu təcəssüm etdirən bir-birindən maraqlı rəqs nömrələri və musiqili tədbirlər keçirilib. Mədəniyyət pavilyonumuzu ziyarət edən yüzlərlə britaniyalı və xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti haqqında müfəssəl məlumatlar əldə ediblər, ləziz mətbəximizdən dadaraq Azərbaycanın qonaqpəvərliyinin şahidi olublar.

Tamaşa ərzində auditoriyanı ovsunlayan Qarabağ atları Kraliça II Yelizavetaya da yaxşı təəssürat bağışlayıb. Atlara xüsusi rəğbət bəsləyən əlahəzrət Kraliça atların gözəlliyini və çaparların mükəmməl bacarıqlarını yüksək qiymətləndirib.

Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin qonağı kimi iştirak edən, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini Lord Kilkluni bütün tamaşanı ümumi kontekstdə belə dəyərləndirib: "Mən bir neçə dəfə Azərbaycana səfər edib bu gözəl məmləkətin hər bir güşəsində olmuşam. Azərbaycan xalqının səmimi qonaqpərvərliyinin heyran qalmışam. Yeganə gedə bilmədiyim yer hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdır. Bu region haqlı olaraq Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Buna görə də, ilk dəfə Qarabağ atlarını görmək mənim üçün xüsusilə böyük məna daşıyır. Təəssüf ki, bu, Dağlıq Qarabağın özündə deyil, burada Böyük Britaniyada baş verdi. Ümid edirəm ki, bir gün, mən eyni çıxışı Dağlıq Qarabağın özündə görə biləcəyəm”.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter tədbirin yekun nəticələrinə dair münasibət bildirərkən deyib ki, Vindzor Kral At Şousu Azərbaycan və Böyük Britaniya arasında olan münasibətləri gücləndirən daha bir əlamətdar hadisə kimi yadda qaldı. TEAS Qarabağ atlarının Vindzor At Şousunun iştirakı təşəbbüsünü irəli sürməklə müxtəlif mədəniyyətləri ortaq maraq dairəsində bir araya gətirmək bacarığını nümayiş etdirdi. Hazırda Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrindən erməni hərbi birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı təcavüz etdiyi bir vaxtda, dünyaya Azərbaycanın zəngin mədəni və tarixi irsini nümayiş etdirmək üçün çox yaxşı imkandır. Atlara qarşı sevgi hər zaman sivil cəmiyyətin əlaməti olub və biz Azərbaycanın gələcəkdə də bu cür tədbirlərdə iştirakına ümid edirik.

Другие новости этого раздела

Dünya çempionatında 2 medal08 dekabrAlim Nəbiyev dünya çempionu oldu21 noyabrAlim Nəbiyev Avropa çempionunu məğlub etdi29 oktyabrQəbələ döyüşçülərindən 3 qələbə16 oktyabrBakıda növbəti MMA yarışı14 oktyabrQəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı10 oktyabrQəbələ idmançısından 7-ci qələbə04 oktyabrAtakişiyev Krasnodardan qalib dönür24 sentyabrQarabağ erməni təxribatına görə İrandakı turnirdə iştirakdan imtina etdi17 sentyabrOdlar Yurdunda döyüş turnirinin qalibləri açıqlandı06 iyunNəriman Abbasovdan 12-ci qələbə27 mayAtçılığın konkur növü üzrə Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək24 mayM-1 Challenge 67 ilk dəfə Bakıda16 mayQasımov Sarkisyana qalib gəlib, Avropa çempionu oldu15 mayQarabağ atlarının Londonda möhtəşəm şousu13 may
18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 
Arxiv
BAKU 2020
Neftchi fan shop