Alim Nəbiyev Avropa çempionunu məğlub etdi
29 oktyabr 2016 18:05
Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib. Azerisport.az xəbər verir ki, təmsilçimiz Rusiyada təşkil olunan kikboksinq üzrə peşəkarlar arasında “Steel Fights-4” turnirində qüvvəsini sınayıb.
Alim İvanovo şəhərində keçirilən K-1 növü üzrə gecənin əsas döyüşündə rinqə çıxıb. O, bu növ üzrə Avropa çempionu olan italiyalı Françesko Palermo ilə üz-üzə gəlib. Qitə çempionu Nəbiyevin qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq ikinci raundda nokautla qalib gəlib.