Alim Nəbiyev dünya çempionu oldu
21 noyabr 2016 11:00

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib. Azerisport.az xəbər verir ki, təmsilçimiz Fransanın Marsel şəhərində keçirilən döyüş gecəsində rinqə çıxıb.
Nəbiyev muay-tay növü üzrə dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 79,3 kq çəki dərəcəsində planetin ən yaxşısı olmaq üçün rinqə çıxan Alim fransalı Yohan Lidonla qarşılaşıb. Gərgin keçən 5 raundluq döyüşdə xal hesabı ilə qalib gələn idmançımız WMS versiyası üzrə dünya çempionu adına yiyələnib.