Bakıda növbəti MMA yarışı
14 oktyabr 2016 00:20
“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq. Yarış saat 18:00-da start götürəcək.
“Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, "Qəbələ" İdman Klubu və "TT Fight Club"un dəstəyi ilə keçiriləcək turnirə həsr olunmuş mətbuat konfransı və çəkiölçmə mərasimi oktyabrın 14-də keçiriləcək. Tədbir Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) saat 11:00-da start götürəcək.