Əliyevlə Tağızadə Türkiyədə bürünc medal qazandı
16 fevral 2016 00:05
Sayca 3-cü olan G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turnirin ikinci günü yarışa 6 idmançı ilə qatılan gənclərdən ibarət yığma komandamız aktivinə daha 2 bürünc medal əlavə edib. Azerisport.az xəbər verir ki, gənclər yığmasının kapitanı, - 68 kq çəki dərəcəsində mübarizəyə qoşulan Əliəsgər Əliyev və Orxan Tağızadə (+78 kq) yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.