Azərbaycanda yeni turnirə start verilir
28 yanvar 2016 19:20
Azərbaycanda ilk dəfə MMA üzrə “AZERBAİJAN FIGHTING CHAMPİONSHİP” seriya yarışları başlayır. Azerisport.az xəbər verir ki, ilk yarış yanvarın 30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
Turnir “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi, “Qəbələ” İdman Klubu və beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçiriləcək.
Sabah - yanvarın 29-da, saat 11:00-da "Qafqaz Point Hotel"də çəkiölçmə və turniröncəsi mətbuat konfransı keçiriləcək. Bütün media nümayəndələri dəvətlidir.