Fotoreportaj|Video|На русском

Digər növlər

Bakı tam gücü ilə Formula 1 yarışına ev sahibliyinə hazırlaşır

21 yanvar 2016 18:20

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən müddət ərzində müxtəlif istiqamətdə bir sıra işlər həyata keçirib. Azerisport.az xəbər verir ki, artıq bir aydır ki, bilet satışları uğurla davam edir.

Ötən müddət ərzində yarışa xüsusən xaricdən böyük maraq qeydə alınıb. Bugünədək satılan biletlərin 65%-i xarici bazarın payına düşüb. Rusiya, İngiltərə, Ukrayna, Niderland Krallığı və Finlandiyadan olan Formula 1 həvəskarları bilet alışında böyük fəallıq nümayiş etdiriblər.

Avropa Qran Prisini Bakıda canlı izləmək istəyən tamaşaçılara müxtəlif qiymətdə və çeşiddə 30 minə yaxın bilet təklif olunur. Formula 1 həvəskarları, start-finiş xəttini yaxından izləmək imkanı verən “Abşeron” tribunası və digər tribunalarla yanaşı trek boyunca düzünə və döngələrdə təşkil olunmuş ayaqüstü zonalara aid fərqli bilet paketlərindən istədiklərini ala biləcəklər. Azərbaycan vətəndaşlarına biletlərin qiymətində 20 %-dən 40 %-dək endirimlər nəzərdə tutulub.

BŞH-nin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışını həm şəhər sakinləri, həm də xaricdən gələcək turistlər üçün yadda qalan etmək və yarış ərəfəsində Bakıda festival ab-havası yaratmaq məqsədilə əməliyyat şirkətinin bütün imkanları səfərbər etdiyini dedi: “Cümə, şənbə və bazar günlərindən ibarət olan yarış həftəsonu zamanı yarışı izləməyə gələn tamaşaçılar Bakının dənizkənarı bulvarında qurulacaq Formula 1 şəhərciyində gözəl vaxt keçirə biləcəklər. Biz burada müxtəlif yaş qrupları üçün fərqli əyləncə tədbirləri, o cümlədən yerli və xarici estrada ulduzlarının iştirakı ilə konsert proqramları təşkil edəcəyik. İsti yay günlərində həftəsonunu ailəsi ilə birgə keçirmək istəyənlər üçün burada əvəzolunmaz imkanlar olacaq".

BŞH artıq yarış üçün gərəkli olan daimi işçi heyətinin böyük əksəriyyətini işə cəlb edib. Yerli mütəxəssislərlə yanaşı xaricilər də yarışın təşkilatçılığında yaxından iştirak edirlər. Şirkət növbəti aylarda müvəqqəti işçilərin qəbuluna başlayacaq və işçi heyətinin ümumilikdə 250 nəfərə çatdırılması nəzərdə tutulub. 

Formula 1 kimi mötəbər tədbirin uğurla həyata keçirilməsi üçün yarış vaxtı qonaqları qəbul etmək, idman sahəsində işləmək və ya media üzvlərinə və fəxri qonaqlara kömək göstərmək kimi müxtəlif vəzifələrdə çalışacaq 5 mindən çox könüllü tələb olunur. Könüllü olaraq çalışmaq və yarış həyəcanını yaxından yaşamaq istəyən gənclər üçün əməliyyat şirkəti dekabr ayında “Könüllülər” proqramına start verib. Ötən bir ay ərzində proqrama maraq böyük olub və indiyədək 5 minə yaxın könüllü bu proqrama qeydiyyatdan keçib.  

Formula 1 yarışının həyəcanı və coşğusunu yaşamaq imkanı verən “Marşal” proqramına isə indiyədək 350-ə yaxın müraciət olub. Ümumilikdə 1000-ə yaxın marşalın cəlb olunmasını nəzərdə tutan proqram könüllülük prinsipinə əsaslanır. Əməliyyat şirkəti bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyası ilə əməkdaşlıq edir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və bir sıra digər əlaqədar dövlət qurumları yarışa hərtərəfli hazırlıq işlərinin görülməsində BŞH-ə yaxından dəstək göstərirlər. Bundan başqa, Bəhreyn Avtomobil Federasiyası ilə qurulmuş tərəfdaşlıq çərçivəsində yerli marşallara xüsusi təlimlər keçirilir və bu ölkənin marşallıq təcrübəsi öyrənilir.

Ötən ay ərzində BŞH, rəsmi saytını istifadəyə verib və bir sıra sosial şəbəkələrdə səhifələr açaraq yarış haqqında yenilikləri ictimaiyyətə çatdırmağa çalışır. 2016-cı il Formula 1 Avropa Qran Prisi haqqında son məlumatları bu səhifələrlərdən əldə edə bilərsiniz: www.twitter.com/BakuCityCircuit www.facebook.com/BakuCityCircuit www.instagram.com/BakuCityCircuit

Yaxın müddət ərzində Vkontakte, Odnoklassniki, Pinterest və Tumblr sosial şəbəkələrində şirkət adına səhifələr açılaraq buradan da ictimaiyyətə son yeniliklər haqda məlumatlar veriləcək.

2016 Formula 1 Avropa Qran Prisinin rəsmi proqramı

Formula 1 Avropa Qran Prisi 17-19 iyun 2016-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq:

Cümə (17.06.2016)

QP2 yarışları – Məşq sessiyası
Formula 1 – Birinci məşq sessiyasi
Formula 1 – İkinci məşq sessiyası
QP2 yarışları – Təsnifat sessiyası

Şənbə (18.06.2016)

QP2 yarışları – Birinci yarış
Formula 1 – Üçüncü məşq sessiyası
Formula 1 – Təsnifat sessiyası

Bazar (19.06.2016)

QP2 yarışları – İkinci yarış
2016-cı il Formula 1 Avropa Qran Prisi

*Rəsmi Yarış Proqramı dəyişə bilər. Son yeniliklərdən xəbərdar olmaq üçün rəsmi internet səhifəmizi izləyin: www.bakucitycircuit.com

Bakı Şəhər Halqası haqda

Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır.

20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi  və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah