Taekvondo Federasiyasından məşqçi-müəllimlik seminarı
8 yanvar 2016 15:00
Azərbaycan Taekvondo Federasiyası tərəfindən təşkil edilən məşqçi-müəllimlik seminarı keçirilir. Azerisport.az xəbər verir ki, federasiyanın inzibati binasının taekvondo zalında yanvarın 6-dan startı verilən seminar 10 yanvara qədər davam edəcək.
2-ci dan qara kəmər sahibi olan məşqçi-müəllimlərin qatıldığı seminara Azərbaycan Taekvondo Federasiyasının texniki direktoru, beynəlxalq dərəcəli hakim Oh Kvanq Çol rəhbərlik edir.
Qeyd edək ki, imtahanları müvəfəqiyyətlə başa vuran müəllimlər müvafiq sertifikatla təmin olunacaq.