Ramzan Kadırov Zabit Səmədova son model Mercedes hədiyyə etdi
27 dekabr 2015 12:00
Çeçenistan prezidenti Ramzan Kadırov azərbaycanlı döyüşçü Zabit Səmədova son model "Mersedes" avtomobili hədiyyə edib. Azerisport.az xəbər verir ki, Səmədov ötən gün Qroznıda baş tutan döyüş gecəsinin əsas görüşündə qələbə qazanıb.
Bu münasibətlə Kadırov Səmədova maşın bağışlayıb. Qeyd edək ki, Zabit Səmədov "Ahmat" döyüş klubunun üzvüdür.