Formula 1 Avropa Qran Prisinin əyləncə zonası bağlandı
Dekabrın 19-dan başlayaraq Formula 1 Avropa Qran Prisi yarışına “Son 6 ay” tədbiri ilə bağlı Dənizkənarı Milli Parkda təşkil olunmuş əyləncə zonasının fəaliyyətinə bu gün son verilib. Azerisport.az xəbər verir ki, daha öncə Formula 1 azarkeşlərinin yüksək marağı və müxtəlif yaş qruplarını əhatə edən gündəlik 100 minə yaxın ziyarətçi sayı nəzərə alınaraq, bulvar ərazisində hər gün davam edən əyləncə məkanı dekabrın 27-nə, bazar günü axşam saat 22:00-a kimi açıq elan olunmuşdu.
Lakin, şəhərin mərkəz hissəsində Yeni İl şənliklərinə gücləndirilmiş hazırlıq işləri ilə bağlı olaraq yarışın Əməliyyat Şirkəti əyləncə proqramını bir gün tez sonlandırmağı qərar verib.
Məumat üçün örtülü əyləncə zonasında quraşdırılmış simulyator oyunları, balacalar üçün fərqli əyləncə növləri, kompyuter oyunları, əsil Formula 1 avtomobili və əfsanəvi pilotların muzey eksponatları ilə tanışlıq bu gün saat 20:00-dək paytaxt sakinlərinin istifadəsinə açıq olub və tamamilə pulsuz idi.